
"Qalatasaray"ın forvardı Mauro İkardi dünən "Qarabağ"a qarşı dünən keçirilmiş xeyriyyə matçı haqda instaqram hesabında paylaşım edib.
Sportinfo.az xəbər verir ki, argentinalı azarkeşlərə təşəkkürünü bildirib:
"Zəlzələdə zərərçəkənlərə yardım üçün təşkil edilmiş bu oyuna görə Azərbaycana təşəkkür edirəm.
İştirak edən hər kəsə minnətdaram"
İkardi "Qalatasaray"a qələbə qazandıran qolun müəllifi olub. Matç "Qalatasaray"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.