"Qarabağ"ın 1 milyonluq futbolçusunu istəyir - "Qalatasaray"

30 Mart 2023 00:30 Qarabağ 5 072
"Qarabağ"ın 1 milyonluq futbolçusunu istəyir - "Qalatasaray"

"Qalatasaray” klubu heyətini yeni futbolçuyla gücləndirmək istəyir.

Sportinfo.az Türkiyənin "Takvim" nəşrinə istinadla xəbər verir ki, İstanbul təmsilçisi "Qarabağ”ın futbolçusu Toral Bayramovla yaxından maraqlanır.

"Cim-bom"un baş məşqçisi Okan Buruk azərbaycanlı futbolçunun keçidində israrlıdır.

"Takvim" yazır ki, 1 milyon avro qiyməti olan Bayramov üçün tərəflər arasında danışıqlar davam edəcək.

Toral Bayramovun "Qarabağ”la 2026-cı ilə qədər müqaviləsi var.

Digər Xəbərlər
Xəbər Lenti