
"Qalatasaray" yoldaşlıq oyununda Bakıda "Qarabağ"ı 2:1 hesabı ilə məğlub edib.
Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisinin portuqaliyalı futbolçusu Serjio Oliveyro instaqram hesabında paylaşım edib.
30 yaşlı yarımmüdafiəçi Azərbaycanda yaxşı qarşılandıqlarını bildirib:
"Möhtəşəm oyun oldu. Azərbaycanda bizi əla qarşıladılar. Azarkeşlərimiz hər yerdədirlər və aslan kimi kükrəməyə hazırdırlar. Gəldiyiniz və bizi dəstəklədiyiniz üçün təşəkkürlər".
Serjio Oliveyra "Qarabağ"la matça start heyətdə başlayıb və 69-cu dəqiqədə əvəzlənib.