Okan Buruk Bakıda niyə belə etdi? – HƏR ŞEY BU VİDEODA

28 Mart 2023 21:00 Qarabağ 3 794
Okan Buruk Bakıda niyə belə etdi? – HƏR ŞEY BU VİDEODA

Təxminən iki ay bundan öncə baş verən zəlzələdən sonra xalqımız türkiyəli qardaşlarımızın acısını bölüşür, dərdinə şərik olur, onlara hər cür arxa-dayaq olmağa çalışır.

Bu dəstək martın 26-da xeyriyyə məqsədilə keçirilən “Qarabağ” - “Qalatasaray” matçında növbəti dəfə özünü göstərdi.

Satışa çıxarıldıqdan 2 saat sonra 25 mindən çox biletin satıldığı açıqlanmışdı. Matç günündə isə bu rəqəm artıq 65 min idi.

Tarixdə ilk dəfə olaraq Bakı Olimpiya Stadionuna bu sayda tamaşaçı toplaşırdı.

Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov deyib ki, klubların aparıcı oyunçularının əksəriyyəti milli komandalarda olduğundan, əsas heyət üzvlərinin bir çoxu qardaşlıq matçında forma geymədi.

“Qarabağ” heyətinə “Zirə” və “Şamaxı”dan iki futbolçu dəvət etmişdi:

“Qalatasaray”da start “11-liy“ində müdafiənin mərkəzində yer alan Kaan Ayhan və Matias Rossun ilk dəfə bu oyunda tandem təşkil etməsi arxa xətdə Ağdam klubu üçün qol epizodları yaradacağı ehtimalını artırmışdı.

Oyunun əvvəlində standart vəziyyətdən sonra qapısından qol buraxan ağdamlılar mərkəzdə top saxlamaqla rəqibi üzərilərinə çəkməyə çalışdılar.

Matçın müəyyən hissələrində buna nail oldular. Məhz belə epizodlardan sonra “Cim-Bom”un heyətində Debuanın kobud səhvindən sonra “Qarabağ” tarazlığı bərpa etdi.

Fasilədən sonra tərəflərin etdikləri dəyişikliklər matçın tempini aşağı salsa da, son dəqiqələrdə “Qalatasaray”lı futbolçuya qarşı edilən kobudluq “Qarabağ”ın qapısına təyin edilən 11 metrlik cərimə zərbəsi ilə nəticələndi.

Azarkeşlərin böyük həyəcanla matça çıxmağını gözləyən argentinalı super ulduz Mauro İkardi zərbəni dəqiqə yerinə yetirərək İstanbul klubuna qələbə qazandırdı -2:1.

Əslində, xeyriyyə məqsədilə keçirilən qarşılaşmada məğlub olmadı. Prinsipiallıq olmasa da, maraqlı mübarizənin şahidi olduq. Ən əsası isə tribunalarda yaşanan futbol bayramını görməyə dəyərdi“.

Etopazın sponsorluğu ilə yayımlanan videonu aşağıdakı linkə daxil olaraq izləyə bilərsiz

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti