“Qarabağ”ın gürcü qapıçısı AÇIQLADI: “Gərək yoxdur, qəbul et və ora get”

17 Yanvar 2022 21:00 Qarabağ 2 354
“Qarabağ”ın gürcü qapıçısı AÇIQLADI: “Gərək yoxdur, qəbul et və ora get”

“Qarabağ”ın mənimlə maraqlandığını eşidəndə xoş oldu. Hətta sürpriz oldu deyərdim”.

Bu sözləri Ağdam təmsilçisinin yeni transferi Luka Quqeşaşvili “Qarabağ”a keçidi ilə bağlı Sportinfo.az-a özəl açıqlamasında dilə gətirib.

22 yaşlı “çərçivə” qoruyucusu Avropa Konfrans Liqasının qrup mərhələsini adlayan komandadan təklif alan kimi tanıdığı insanlarla əlaqə saxlayaraq onların məsləhətini alıb.

Daha ətraflı öz dilindən eşidək:

“Dediyim kimi, təklif gələndə xoş oldu. Dərhal Azərbaycan futbolunu yaxından tanıyan, vaxtilə bu ölkədə oynamış futbolçularla əlaqə saxlayıb, onların fikirlərini öyrəndim.

Hamısından bir söz eşitdim: “Qarabağ”dan təklif gəlibsə, düşünməyə gərək yoxdur, qəbul et və ora get.

Onsuz da, müəyyən məlumatlara sahib idim. Amma yenə də tanıdığım insanların fikirlərini öyrənmək istədim”.

Luka Quqeşaşvili 2018-ci ildə Tiflis “Dinamo”sundan Polşa “Yagelloniya”sına keçsə də, bu komandada debüt edə bilməyib.

Müxtəlif vaxtlarda “Dila”da və “Qranada”nın ikinci komandasında icarədə oynayıb.

Gürcüstanın əsas millisinə də dəvət olunan qolkiper “Yagelloniya”dan mövsümün sonuna qədər icarəyə götürülüb. “Qarabağ” futbolçunun gələcək xidmətində maraqlı olsa, yayda onu transfer edə biləcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti