"Omoniya"nın hansı aparıcı futbolçuları "Qarabağ"a qarşı oynamayacaq?

29 Sentyabr 2021 11:29 Qarabağ 685
"Omoniya"nın hansı aparıcı futbolçuları "Qarabağ"a qarşı oynamayacaq?

Konfrans Liqasının qrup mərhələsinin II turunda "Qarabağ"ı qəbul edəcək "Omoniya" heyətlə bağlı problemlərdən şikayətlənir.

Sportinfo.az xəbər verir ki, Nikosiya təmsilçisinin aparıcı futbolçularının zədəli olmaları baş məşqçi Henninq Berqi narahat edir.

ABŞ-dan olan Miks Diskerud və vitse-kapitan Yannis Kusulosun meydana çıxmayacağı dəqiqdir.

Digər oyunçu Erik Boteakın durumu isə hələlik bəlli deyil. Fransalı yarımmüdafiəçi ilə bağlı qərar oyun günü veriləcək.

Sentyabrın 30-da Nikosiyadakı GSP stadionunda oynanılacaq "Omoniya" – "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti