Fransa mediası “Qarabağ”ın ulduzunu zəhərə bənzətdi

1 Dekabr 2024 03:50 Qarabağ 4 096
Fransa mediası “Qarabağ”ın ulduzunu zəhərə bənzətdi

Fransa mətbuatı Avropa Liqasının əsas mərhələsinin 5-ci turunun "Qarabağ" - "Lion" matçı haqda yazıb.

Sportinfo.az xəbər verir ki, "Olympique & Lyonnais" portalı vaxtılə "Lion"da oynamış, hazırda "Qarabağ"da forma geyinən Yassin Benzia barədə ibunları qeyd ediblər:

"2023-cü ilin yayında Azərbaycana köçən Benzia, təbii ki, yolunun yenidən “Lion”la kəsişəcəyini təsəvvür etməzdi. Baxmayaraq ki, Avropa yarışında bu qarşıdurma ehtimalı həqiqətən də var idi.

Nə olursa-olsun, əlcəzairli yarımmüdafiəçi bəzi keçmiş komanda yoldaşları ilə qarşılaşdı. Halbuki Benzia klubdan ayrıldıqdan sonra onların sayı da çox deyil.

Benzia “Lion”da gözlənilən karyeraya sahib ola bilmədi və cəmi 54 oyun keçirdi. "Dijon"dakı sərgüzəştlərini bitirdikdən sonra Benzia bir az şərqə doğru getməzdən əvvəl əvvəlcə Türkiyədə “Hatayspor”u seçmişdi.

Əlcəzairli növbəti iki mövsümdə “Qarabağ”da ulduzlardan birinə çevrilərək, milliyə qayıtmasında böyük rol oynadı.

“Lion”da millidən də komanda yoldaşı Said Benrahma var, birlikdə artıq Afrika Millətlər Kuboku seçimində uğurla mübarizə aparıblar.

Nə olursa-olsun, Benzia rəqibin “zəhərli” futbolçularından birinə çevriləcək. Ondan ehtiyatlanmalıdır".

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”