Daha bir futbolçunun ürəyində problem aşkarlandı – Koronavirusdan sonra

15 Yanvar 2022 21:40 Problem 680
Daha bir futbolçunun ürəyində problem aşkarlandı – Koronavirusdan sonra

“Arsenal”ın və Qabon millisinin hücumçusu Pyer-Emerik Obameyanqın ürəyində problem yaranıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Qabon Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bir müddət əvvəl koronavirusa yoluxan futbolçunun ürəyində problem yarandığı bildirilib.

Obameyanqın koronavirusdan sağalmasına baxmayaraq, ürəyində problem aşkarlanıb və o, bu səbəbdən bir müddət yaşıl meydanlardan uzaq qalacaq.

Daha əvvəl “Bayern”in futbolçusu Alfonso Deyvisin də koronavirusdan sağaldıqdan sonra ürəyində problem aşkarlanıb.

Digər Xəbərlər
Xəbər Lenti
29 Dekabr 18:10 Çək və bizə göndər!
29 Dekabr 08:40 Yaponiyaya yollandı - FOTO
29 Dekabr 07:10 Yollar buz bağlayacaq