"Neftçi”nin kapitanı: "Maksimum çalışsaq da, səviyyə öz sözünü dedi”

18 Sentyabr 00:20 Neftçi 149
"Neftçi”nin kapitanı: "Maksimum çalışsaq da, səviyyə öz sözünü dedi”

"Neftçi”nin kapitanı Emin Mahmudov Avropa Liqasının II təsnifat mərhələsində "Qalatasaray”a uduzduqları oyundan (1:3) sonra açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi məğlubiyyəti şərh edib:

"Layiqincə mübarizə aparmağa çalışdıq. Amma "Qalatasaray” şanslarından maksimum yararlandı. Rəqibin heyətində kifayət qədər səviyyəli futbolçu var.

Biz hesabı bərabərləşdirəndən dərhal sonra qapımızdan qol buraxdıq. Buna görə də ikinci hissədə oyunumuz istədiyimiz kimi alınmadı.

Çalışdıq kompakt oynayıb, rəqibə boş zona verməyək. Çünki boşluqdan çox yaxşı istifadə etməyi bacarır. Maksimum çalışsaq da, səviyyə öz sözünü dedi”.

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 23:20 Erməni “Meydan”ı...
21 Oktyabr 14:36 Messidən yoxdur, yox…