UĞURSUZLUQ - Baş məşqçi dəyişdi, "Neftçi" dəyişmədi - VİDEO

25 Yanvar 2020 00:46 Neftçi 828
UĞURSUZLUQ - Baş məşqçi dəyişdi, "Neftçi" dəyişmədi - VİDEO

Antalyada təlim-məşq toplanışında olan “Neftçi” sonuncu yoxlama oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, “ağ-qaralar” Ukraynadan “Desna” ilə qarşılaşıb.

Bakılılar 3 qolun qeydə alındığı matçda növbəti məğlubiyyətə üzülüb. “Neftçi” Antalyada keçirdiyi əvvəlki yoxlama oyunlarında Polşanın “LKS Lodz” klubuna 0:4, Kiyev “Dinamo”suna da 1:2 hesabıyla uduzmuşdu.

Neftçi – Desna 1:2
Qol: Stiven Monroz, 66.

Antalya, “Emir Hotels Spor Kompleksi”nin stadionu.

Neftçi: 1. Səlahət Ağayev, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 9. Baqali Dabo, 11. Vangelis Platellas, 15. Saman Nəriman Cahan, 18. Tural Axundov, 36. Mamadu Kane, 77. Donald Gerye.

Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 30. Aqil Məmmədov, 5. Anton Krivotsyuk, 17. Rəhman Hacıyev, 22. Mirabdulla Abbasov, 26. Ömər Buludov, 27. Nabi Silla, 28. Stiven Monroz, 33. Turan Vəlizadə.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM