"Neftçi"nin iki legioneri "Sumqayıt"la oyuna çıxmayacaq

8 Aprel 2023 14:20 Neftçi 456
"Neftçi"nin iki legioneri "Sumqayıt"la oyuna çıxmayacaq

"Neftçi"nin iki futbolçusu "Sumqayıt"a qarşı keçiriləcək Azərbaycan Premyer Liqasının XXIX tur oyununu buraxacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın baş həkimi Şaiq Zöhrablı klubun televiziyasına açıqlama verib.

O bildirib ki, zədədən sonra fərdi məşq edən Ataa Caber və Vato Arveladze bugünkü qarşılaşmanı buraxacaqlar:

"Komanda ilə ümumi hazırlığa qoşulan Eddi İsrafilovun isə vəziyyəti yaxşıdır. Caber də kollektiv məşqlərə başlamışdı.

Sonradan dördbaşlı əzələdə ağrı hiss etdiyi üçün fərdi məşqlərlə kifayətlənir. Arveladzenin isə yüngül zədəsi var. Düşünürəm ki, qısa müddətdə komandaya qoşulacaq".

"Kapital Bank Arena"da keçiriləcək "Sumqayıt" - "Neftçi" oyunu saat 20:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!