"Qarabağ”ın uğurlarını görürəm, “Neftçi”dən daha çox..."

8 Aprel 2023 03:40 Neftçi 1 606
"Qarabağ”ın uğurlarını görürəm, “Neftçi”dən daha çox..."

Azərbaycan millisinin sabiq futbolçusu Branimir Subaşiç 2005-2008-ci illərdə “Neftçi”, 2010-2011-ci illərdə “Qəbələ”, 2011-2012-ci illərdə “Xəzər Lənkəran”, 2013-cü ildə isə “Qarabağ”ın formasını geyinib.

Yığmanın heyətində 40 oyunda 7 dəfə fərqlənən keçmiş hücumçu 2006-cı ildə “Neftçi” ilə Birlik Kubokunun qalibi olub.

Sportinfo.az xəbər verir ki, 41 yaşı tamam olan Subaşiç “report”un suallarını cavablandırıb.

- Sizi doğum günü münasibəti ilə təbrik edirik. “Neftçi” klubu da sosial şəbəkə hesabından bununla bağlı paylaşım edib. Azərbaycan futbolunu yaxından izləyirsinizmi?
- Çox sağ olun, təşəkkür edirəm. Əlbəttə, Azərbaycanı və ölkə futbolunu daim izləyirəm. Belqradda azərbaycanlılarla dostluq edirəm.

- Hazırda nə işlə məşğul olursunuz?
- Şəxsi biznesim var. Demək olar, 5-6 ildir ki, bununla məşğulam. Hər şey əladır. Tezliklə Bakıya gəlməyə hazırlaşıram. Bakı-Belqrad reysinin açılmasını gözləyirəm. Yəqin ki, təyyarədə ilk sərnişinlərdən biri mən olacağam.

- Sabiq komandalarınız “Qarabağ” və “Neftçi”nin hazırkı çıxışları barədə nə deyə bilərsiniz?
- “Qarabağ”ın uğurlarını görürəm. “Neftçi”dən daha çox nailiyyətlər gözləyərdim. Çünki bu komanda daha artığına layiqdir. Ümid edirəm ki, “ağ-qaralar”ı tezliklə Çempionlar Liqasında görəcəyik.

- Azərbaycan millisi barədə nə deyə bilərsiniz? Matçları izləyirsinizmi?
- Son nəticələrə görə məyusam və təəssüflənirəm. Amma hər şeyin yaxşı olacağına inanıram. Ən azından evdəki görüşlərdə yaxşı nəticələr qazanıla bilər.

- Sizcə, uğursuzluğun əsas səbəbi nədir?
- Bilmirəm. Amma yığmanın ölkə xaricində az futbolçusu çıxış edir. Çempionatın səviyyəsi elə də güclü deyil.

- Sizin oynadığınız dövrlə müqayisədə çempionatın səviyyəsi ilə bağlı nə deyə bilərsiniz?
- Daha əvvəl “Neftçi”, “İnter” (hazırkı “Şamaxı”), “Xəzər Lənkəran” və “Bakı” klublarında daha güclü legionerlər oynayırdılar. “Karvan” və AZAL da pis deyildi. Məncə, mənim vaxtımda komandalara gələn əcnəbi oyunçular daha güclü idilər.

- Azərbaycanda kimlərlə əlaqələriniz davam edir?
- Bir neçə dostumla əlaqələrim var. Amma ad çəkmək istəmirəm.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!