"Neftçi"nin futbolçusu Rəhman Hacıyev yeni sevgilisi ilə gündəmə gəlib.
Sportinfo.az xəbər verir ki, o, sarışın bir xanımla şəkilini instaqram hesabında paylaşıb.
Yarımmüdafiəçi bölüşdüyü fotoya ürək emojisi qoyub. Uzun müddətdir sözügedən xanımla eşq yaşayan Rəhman onun görüntüsünü ilk dəfə izləyiciləri ilə bölüşüb.
Bir müddət öncə influenser Mehin Oktaylıyla ciddi münasibət yaşayan Hacıyev evlənməyə hazırlaşırdı.
Lakin cütlüyün əlaqəsi uzun çəkməyib. Onlar ötən ilin payızında ayrılıblar.

