2018-ci ildə “Qəbələ”ni “Neftçi”yə dəyişən Vojislav Stankoviç gələn mövsümü də Azərbaycanda keçirəcək.
“Ağ-qaralar” hazırki müqaviləsi 3 ay sonra başa çatacaq serbiyalı müdafiəçiyə yeni müqavilə təklif edib.
Balkanlı legioner müqaviləsini birillik uzatmağa razılaşıb. Amma bu, onun maddi qazancına təsir göstərməyəcək.
Stankoviç gələn sezon indikindən çox gəlir əldə etməyəcək.
SPORTİNFO.AZ

