"Neftçi"də bu gün: Biri qayıtdı, biri hələ yox

6 Aprel 2023 19:20 Neftçi 783
"Neftçi"də bu gün: Biri qayıtdı, biri hələ yox

Azərbaycan millisinin düşərgəsində zədə alan "Neftçi"nin futbolçusu Eddi İsrafilov komanda ilə məşqlərə başlayıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi "Sumqayıt"a qarşı keçirəcəkləri Premyer Liqanın XXIX tur oyunu öncəsi kollektiv hazırlıqda iştirak edib.

Bərpa dövrü keçən Ataa Caber isə fərdi məşqlə kifayətlənib.

"Türk Hava Yolları Futbol Mərkəzi"ndə baş tutan məşqin ilk 15 dəqiqəsi KİV nümayəndələri üçün açıq olub. Hazırlıq prosesində əsasən toplu və taktiki çalışmalar icra edilib.

Aprelin 8-də "Kapital Bank Arena"da keçiriləcək "Sumqayıt" - "Neftçi" oyunu saat 20:00-da başlanacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!