Reallaşmayan arzular və ya "Neftçi" niyə hədəfə çatmadı? – VİDEO

5 Aprel 2023 21:00 Neftçi 689
Reallaşmayan arzular və ya "Neftçi" niyə hədəfə çatmadı? – VİDEO

Bu mövsüm çempionluq hədəfi ilə mübarizəyə qoşulan “Neftçi” yenə arzusuna çatmadı.

Komandanın 3-cü yerdə qərarlaşmağı isə futbol ictimaiyyəti tərəfindən ciddi uğursuzluq kimi dəyərləndirilir.

Azarkeşlər nəticəni birmənalı qarşılamır.

Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov deyib ki, cari mövsümün əvvəlində verilən vədlər, planlaşdırılan arzular gerçəkləşmədi:

“Çempionatın başlamasına bir neçə həftə qalmış çoxlarının yaxşı tanmımadığı rumıniyalı baş məşqçi peyda oldu. Bunlarla yanaşı komandaya orta səviyyəli futbolçular gətirildi.

Klub rəhbərliyi strategiyasını düzgün planlaşdırmadı, ardıcıl xal itkiləri ilə çox çətin duruma düşdü.

Ortada bir reallıq var: 3-cü yer paytaxt klubuna yaraşmır. Verilən vədlər reallaşmadı, azarkeşlər aldadıldı”.

Etopazın sponsorluğu ilə yayımlanan videonu aşağıdakı linkə daxil olaraq izləyə bilərsiz:

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!