Neftçi”nin yetirməsi Avropa klubunda hamını qabaqladı - FOTO

5 Aprel 2023 21:20 Neftçi 1 614
Neftçi”nin yetirməsi Avropa klubunda hamını qabaqladı - FOTO

Latviya “Dauqavpils”ində legioner həyatı yaşayan Ramin Nəsirli adından söz etdirir.

Ötən ay “Dauqavpils”lə mövsümün sonuna qədər icarə müqaviləsi bağlayan “Neftçi”nin yetirməsi çıxış etdiyi ölkənin yüksək dəstəsində meydana çıxdığı oyunlarda bacarığını ortaya qoymağı bacarıb.

Ramin şans qazandığı 3 matçda 2 qol vurub, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Ötən hədtəsonu Latviya çempionatının 3-cü turu çərçivəsində “Super Nova” ilə baş tutan görüşdə Nəsirli qol vurmaqla yanaşı qol ötürməsi verib ki, buna görə komandasının ən yaxşı futbolçusu seçilib.

Ramin Nəsirli 11 nəfərin arasında maksimum qiymət alan yeganə futbolçu kimi yadda qalıb (10 xal).

Maraq üçün bildirək ki, “Dauqavpils”də digər azərbaycanlı futbolçu Nazim Həsənzadə də çıxış edir.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!