"NEFTÇİ" PROBLEMİ - Mənim Rövşən Nəcəfə məsləhətim nə olardı?

2 Aprel 2023 14:40 Neftçi 1 121
"NEFTÇİ" PROBLEMİ - Mənim Rövşən Nəcəfə məsləhətim nə olardı?

Premyer Liqanın builki bürünc medalları «Neftçi»nindir.

Baxarıq, bu nəticədən dolayı klubun yeni rəhbərliyi idarəçilərin, onların seçimi olan Lorentsiu Regekampfın başına sığal çəkəcək, ya yox.

Təəssüflənirəm ki, Müşahidə Şurasının sədri postuna gətirilən Rövşən Nəcəf mənim fikrimi soruşmur. Məsləhətimi bilmək istəsəydi, tərəddüd etmədən deyərdim ki, bəzi funksionerləri və Regeni qovub getsin.

Rumın «Neftçi»yə futbol oynatmır! Ən qorxulu hal budur. Futbol oynamadan ardıcıl bir neçə tur qələbə qazana bilərsən, uğurlu seriyanı isə mövsümə yaya bilməzsən.

Bu, məntiqin ən asan üzü, medalın görünən tərəfidir.

Medalın görünməyən tərəfinə boylanmağa vaxt olacaq, «Neftçi» məhz indi xilas edilməlidir. Necə və nə cür - bunu da dedim.

Emin Mahmudov final fitindən sonra əliylə üzünü və başını tutur. Kapitan edir e, bunu!

Müqaviləsinin bitməsinə az qalmış Emini bu komadadamı tutmaq istəyir yönətim?

Elxan Məmmədovun tapşırığıyla düşərgəyə alınmış Vato Arveladze ilə çiyin-çiyinə oynamaq məcburiyyətini hiss edən Mahmudov o halıyla «ilahi, mən hara düşmüşəm» söyləyir.

Rumıniyalı baş məşqçinin «Neftçi»də işləməyə başlamasının 1 ili 2 ay sonra tamam olacaq. Oynatdığı futbolla turnir cədvəlindəki mövqe üst-üstə düşür.

Bürünc medalı əldə etmək üçün Regeyə bir ətək pul ödəməyə nə gərək var axı

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!