"Düşünmürəm ki, hazırda Azərbaycan millisinin problemi budur"- Regekampf

1 Aprel 2023 21:50 Neftçi 1 058
"Düşünmürəm ki, hazırda Azərbaycan millisinin problemi budur"- Regekampf

"Neftçi" Azərbaycan Premyer Liqasının 28-ci turunda səfərdə "Zirə" ilə 1:1 hesablı heç-heçə edib.

Sportinfo.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Laurentsiu Regekampf jurnalistlərin suallarını cavablandırıb:

- Komandamın pis oynadığını düşünmürəm. Fasilə zamanı milli komandaların futbolçuları bizimlə deyildi. Bununla yanaşı mərkəz yarımmüdafiəçilərimiz Ataa Caberlə Eddi İsrafilov zədəlidir. Bu gün yaxşı epizodlarımız oldu. Hücumu tamamlama məsələsində daha da diqqətli olmalıyıq. Daha çox köklənib, daha çox qollar vurmalıyıq. Çünki, epiozdları dəyərləndirə bilməyəndə rəqib standart vəziyyətdən belə qol vura bilər. Nəticədə oyun belə bitmiş olur. Bizi qarşıda ağır ay gözləyir. Çox vacib matçlarımız var. Bütün futbolçuları bərpa etməyə çalışmalıyıq. Qarşıdakı periodda daha diqqətli olmalıyıq. Düşünürəm ki, komandam yaxşı futbol oynayır.

- Eddi İsrafilov mövsüm ərzində 4-cü dəfədir ki, zədələnir. Onu hazırlamaq sizin üçün çətin olmayacaq?

- Çempionatın qarşıdakı dövründə və kubokda Eddi bizə kömək edəcək. Özü də buna inanır. Mövsüm bitdikdən sonra o, kiçik əməliyyat keçirəcək. Artıq fiziki hazırlıq məşqçisi ilə hazırlığa başlayıb. Bərpası yaxşı istiqamətdə gedir. Ümid edirəm ki, o, tezliklə komandaya qoşulacaq.

- Millinin məşqçisi Arif Əsədov bildirmiş ki, futbolçuların fiziki hazırlığı yaxşı deyil. Bu haqda nə deyə bilərsiz?

- Görürük ki, oyunçularımız yaxşı formadadır. Millinin heyətinə nəzər yetirsəz, görərsiz ki, "Neftçi", "Qarabağ" və "Sabah"ın futbolçuları var. Uzaqdan köməkçi məşqçi ilə dialoq aparmaq istəmirəm. Düşünmürəm ki, hazırda millinin problemi budur. Əminliklə deyə bilərəm ki, istər bizdən, istərsə də bayaq adını çəkdiyim klublardan milliyə gedən oyunçular hazır formadadırlar.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda