
“Neftçi” Premyer Liqanın 28-ci turunda qarşılaşacağı “Zirə” ilə matçın hazırlığını davam etdirir.
Sportinfo.az xəbər verir ki, “ağ-qaralar” Türk Hava Yolları Futbol Mərkəzi”ndə növbəti məşqə çıxıb.
Hazırlıq prosesində “Neftçi”nin əvəzedici heyətinin 8 üzvü də iştirak edib.
Aprelin 1-i Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” – “Neftçi” oyununa saat 19:30-da start veriləcək.