Regekampf Qurbanovun istəyinə isti yanaşmadı: "Mən bunun tərəfdarı deyiləm"

31 Mart 2023 17:00 Neftçi 1 018
Regekampf Qurbanovun istəyinə isti yanaşmadı: "Mən bunun tərəfdarı deyiləm"

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Sportinfo.az-a açıqlama verib.

Təcrübəli mütəxəssis bir neçə gün əvvəl “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovun irəli sürdüyü təklifə münasibət bildirib.

Söhbət “Qalatasaray”la yoxlama oyunundan sonra Qurbanovun “Çox istəyərdim ki, Azərbaycan çempionatı ilə Türkiyə çempionatı birləşsin və milli liqa keçirilsin” – deməsindən gedir.

Rumıniyalı mütəxəssis bu istəyə qarşı çıxıb, fikirlərini isə belə əsaslandırıb:

“Siyasi cəhətdən yanaşılmasa mən bunun tərəfdarı deyiləm. Çünki Türkiyə Superliqasında futbol klublarının büdcəsi çox yüksəkdir.

Azərbaycan çempionatında iştirak edən bəzi klublar var ki, yüksək büdcəli komandalara qarşı mübarizə apara bilməzlər. Bu da istər-istəməz klublara təsir edəcək.

Çünki Türkiyədə komandalar daha güclüdürlər, daha böyük büdcəyə malikdirlər. Orada daha səviyyəli futbolçular çıxış edir.

Buna görə də hər ölkənin öz çempionatının keçirilməsinin tərəfdarıyam.

Qoy hər komanda öz çempionatındakı rəqabəti qazanaraq avrokuboklara vəsiqə əldə edib öz ölkəsini təmsil edə bilsin.

İki fərqli ökənin klublarının bir çempionatda çıxış etməsi məqsədəuyğun hesab etmirəm. Hansısa kiçik bir turnir olsa onu dəstəkləyərdim”.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti