“Sadıq Sadıqov “Neftçi”də qalsaydı…“

30 Mart 2023 15:00 Neftçi 632
“Sadıq Sadıqov “Neftçi”də qalsaydı…“

“Həmin vaxt rəhbər dəyişikliyinə çox təəssüflənmişdim“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi“nin sabiq qapıçısı Saşa Stamenkovic deyib.

2015-ci ildə “Neftçi” rəhbərliyində ciddi dəyişikliklər baş verəndən sonra komanda yalnız 1 dəfə - 2021-ci ildə çempion olmağı bacarıb.

Serbiyalı legionerin bildirdiyinə görə, əgər Sadıq Sadıqov klubun prezidenti postundan getməsəydi, uğurların davamı gələcəkdi:

“Sadıq Sadıqov qalsaydı, “Neftçi” çempionluqların davamını gətirəcək, Avropada ciddi uğurlara imza atacaqdı.

Çünki “Neftçi” o vaxt hazır maşın kimi idi. Sistem və mexanizm qurulmuşdu. Sadıqovun gedişindən sonra hər şeyə yenidən başlanıldı.

Mən o dönəmi yaxşı xatırlayıram. Çünki karyeramın ən gözəl bir neçə ilini “Neftçi“də keçirmşəm.

Sadıqov güclü rəhbər idi və hamı ona hörmətlə yanaşırdı. İddialı komanda yaratmışdı və hər kəs yalnız öz işini görməklə məşğul idi“.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!