Millidən "Neftçi"yə problemlə qayıtdı

28 Mart 2023 19:20 Neftçi 1 140
Millidən "Neftçi"yə problemlə qayıtdı

AVRO-2024-ün seçmə mərhələsinin I turunda Avstriya ilə oyunda zədələnən Azərbaycan millisinin və "Neftçi"nin futbolçusu Eddi İsrafilovun durumuna aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçib.

İsrafilovun sağ diz medial bağında birinci dərəcəli gərilmə aşkarlanıb.

Müalicəsinə başlanılan oyunçu 10-14 gündən sonra komanda ilə məşqlərə başlayacaq.

Azərbaycan yığması Avstriyaya 1:4, İsveçə isə 0:5 hesabı ilə məğlub olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!