
“Ürəyim həmişə “Neftçi” ilə döyünür”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin sabiq prezidenti Sadıq Sadıqov deyib.
2010-cu ildə “ağ-qaralar”ın rəhbərliyinə gələn funksioner 2015-ci ildə prezident postunu tərk edəndən sonra bir müddət Müşahidə Şurasında yer aldı.
Bir neçə dəfə iclaslarda iştirak etsə də, yekunda klubu tərk etdi. O, əməkdaşımızın “qala bilmədiz, yoxsa qalmaq istəmədiz” sualını bu cür cavablandırıb:
“Qala bilməmək, yaxud istəməmək söhbəti deyildi. Qısqanclıq və paxıllıq hissləri mənə yaddır.
Bu günün özündə də “Neftçi” uğur qazanmırsa, mən buna sevinmirəm, əksinə, üzülürəm, heyfslənirəm.
Biz “Neftçi” adı ilə parlamışıq və bu adla da ölüb gedəcəyik. Mənim üçün bir ad var, o da “Neftçi”dir. Başqa ad ola bilməz”.