“Neftçi”ni məyus edənlər: biri braziliyalı, biri iordaniyalı - VİDEO+FOTOLAR

27 Mart 2023 02:20 Neftçi 890
“Neftçi”ni məyus edənlər: biri braziliyalı, biri iordaniyalı - VİDEO+FOTOLAR

“Qəbələ” yoxlama oyunu keçirib.

Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar” milli komandaların qarşılaşmaları ilə əlaqədar fasilə dövründə “Neftçi” ilə üz-üzə gəlib.

Görüş Bakıxanov qəsəbəsindəki “Türk Hava Yolları” Futbol Mərkəzində baş tutub.

Baş məşqçi Elmar Baxşıyev aşağıdakı start “11-liy”inə şans verib: Elməddin Sultanov, Ruan Renato, Məqsəd İsayev, Feras Abu Akal, İsnik Alimi, Asif Məmmədov, Ramon Maçado, Rövlan Muradov, İlkin Qırtımov, Ülvi İsgəndərov, Omar Hani.

Qarşılıqlı hücumlarla keçən matçda hesab ilk 45 dəqiqədə açılıb. Ramon Maçado 37-ci dəqiqədə paytaxt təmsilçisinin qapısına yol tapıb.

Birinci hissədən sonra hər iki komandanın heyətində dəyişikliklər olub. Tərəflər ikinci yarıda hesabı dəyişmək üçün hücumlar təşkil edib. Komandalar hərəyə bir dəfə fərqlənməyi bacarıb. "Neftçi"nin qolunu penaltidən Vato Arveladze vurub.

“Qırmızı-qaralar”ın heyətində Omar Hani rəqib qapısına yol tapıb (64-cü dəqiqə). Beləliklə, yoxlama oyunu “Qəbələ”nin 2:1 hesablı səfər qələbəsi ilə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı