
“Divizionda istədiyim klubda oynaya bilərəm, amma istəmirəm“.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi“nin yetirməsi Cavid İmamverdiyev deyib.
Mövsümün əvvəlində “Kəpəz“dən uzaqlaşdırılan və özünü Region Liqasında sınamaq məcburiyyətində qalan yarımmüdafiəçi bir daha aşağı dəstədə çıxış etmək istəmədiyini bildirib:
“Keçən mövsümə baxmayın. Orada söhbət başqa idi. Mən “Kəpəz”ə Yaşar Vahabzadəyə və Premyer Liqa perspektivinə görə getmişdim.
Razılaşarsız ki, Birinci Divizion səviyyəsində futbolçu olmamışam. Yaşar müəllimi böyük bilib, dəvətini yerə salmayıb getdim.
Amma yayda o hərəkəti etməklə məni futboldan küsdürdü. O qədər əziyyət çəkib çəkimi 82 kiloya saldım, sonra nə oldusa, məni kənarlaşdırdılar.
Eybi yox, canları sağ olsun. Heç kimdən incikliyim yoxdur“.