“Neftçi“nin rəhbəri: “Onda nəticələr bizi qane etməmişdi“

26 Mart 2023 19:40 Neftçi 630
“Neftçi“nin rəhbəri: “Onda nəticələr bizi qane etməmişdi“

“Koronavirus pandemiyası baş qaldırandan sonra müxtəlif sahələrdə olduğu kimi, idmanda da müəyyən eniş yaşandı“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi“ İdman Klubunun İdarə Aparatının sədri Sadıq Sadıqov deyib.

2010-2015-ci illərdə “Neftçi“PFK-nın prezidenti olmuş S.Sadıqov “bugünkü nəticələr rəhbər kimi ürəyinizcədir“ sualını belə cavablandırıb:

“Pandemiyaya görə idman zalları bağlandı, müxtəlif məhdudiyyətlər qoyuldu və bu da hansısa mənada planlarımıza öz təsirini göstərdi.

Mütəmadi idmanla məşğul olan insan üçün idmandan aylarla yox, bir neçə gün uzaq düşmək çox böyük problemdir, itkidir.

İdman zalları fəaliyyətini bərpa edəndən sonra idmançılarımızın hazırlığı yenidən yaxşıya doğru dəyişdi, fəallıq artdı.

Dediyim səbəblərə görə, Tokio Olimpiadasında nəticələr bizi qane etməmişdi. Amma Paris Olimpiadasına böyük ümidlər bəsləyirik.

Prioritet idman növlərindən olan cüdoda, güləşdə və boksda hər zaman medallar qazanmışıq. İnanıram ki, bu il idmançılarımız öz sözünü deyəcək.

İndiyə qədər “Neftçi”nin yetirməsi olan Namiq Abdullayev, Vüqar Ələskbərov, İradə Aşumova, Elnur Məmmədli, Mövlud Mirəliyev, Vitaliy Rəhimov, Fərid Mansurov, Rövşən Bayramov, Toğrul Əsgərov, Rüstəm Orucov, Elmar Qasımov, Rəsul Çunayev, Hacı Əliyev, İrina Kindzerska kimi idmançılarımız olimpiadalarda medal qazanıblar.

Məqsədimiz həmin uğurların davamını gətirmək, yeni idmançıların yetişməsinə nail olmaqdır“.

Digər Xəbərlər
Xəbər Lenti