“Neftçi“: “Qarabağ” və “Sabah”dan yerli futbolçu qoparmaq asan iş deyil“

23 Mart 19:40 Neftçi 680
“Neftçi“: “Qarabağ” və “Sabah”dan yerli futbolçu qoparmaq asan iş deyil“

“Bu gün doğru yolda olduğumuzu düşünürəm“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi“nin baş məşqçisi Lopentsiu Regekampf deyib.

Rumıniyalı mütəxəssis bildirib ki, büdcə artıq olanda istədiyin futbolçuları gətirib istədiyin komandanı formalaşdırmaq daha rahatdır.

Sitat: “Ən vacib məqamlardan biri komandada bacarıqlı və təcrübəli yerli futbolçuların olmasıdır. Amma bu, heç də asan məsələ deyil.

Çünki tanınmış azərbaycanlı futbolçuların klubları ilə müqaviləsi var və yenilənir.

“Qarabağ”dan, yaxud “Sabah”dan yerli futbolçu qoparmaq asan iş deyil. Bütün bunlara baxmayaraq, əlimizdən gələni edirik“.

Digər Xəbərlər
Xəbər Lenti
28 May 00:10 5 Azərbaycan rekordu!