“Neftçi”nin baş məşqçisinin istəyi var: “Bu, mütləqdir”

22 Mart 2023 21:00 Neftçi 1 659
“Neftçi”nin baş məşqçisinin istəyi var: “Bu, mütləqdir”

“Çempion olmaq və Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq üçün eyni gücə malik iki heyət olmalıdır”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf deyib.

Ötən ilin iyununda “ağ-qaralar”ın başına gətirilən rumıniyalı çalışdırıcı bildirib ki, “Qarabağ”la çempionluq mübarizəsi aparmaq çox çətindir:

“Üç-dörd gündənbir oyuna çıxırsansa, itkilər qaçılmazdır.

Cəzalı, zədəli, xəstə futbolçuların çoxluğu baş məşqçinin heyət qurmasında və komandadan istədiyi futbolu görməsində problem yaradır.

Premyer Liqada, ölkə kubokunda və avrokuboklarda mübarizə aparırsansa, üstəlik, futbolçular milli komandalara cəlb olunursa, hər şeydən əvvəl geniş heyətə sahib olmalısan. Bu, mütləqdir”.

Digər Xəbərlər
Xəbər Lenti