“Neftçi”dən danışdı: “Bəlkə də kiminsə işi olur, bəlkə də o mane olur”

22 Mart 2023 19:00 Neftçi 581
“Neftçi”dən danışdı: “Bəlkə də kiminsə işi olur, bəlkə də o mane olur”

“Ola bilsin, stadiona gələnlərin sayı çox deyil, amma “Neftçi”ni dəstəkləyənlərin sayının qat-qat artıq olduğunu bilirəm, eşitmişəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin gürcüstanlı hücumçusu Vato Arveladze deyib.

Cari mövsümdən Azərbaycanda legioner hıyatı yaşamağa başlayan forvard bakılı azarkeşlərin komandaya biganə münasibətindən danışıb:

“Tribunaları dolu görmək hər bir futbolçunun arzusudur. Bəlkə də kiminsə işi olur, bəlkə də hava şəraiti mane olur.

Çox istərdim ki, azarkeşlərimizin sayı çox olsun. Onların dəstəyi altında özümüzü daha inamlı hiss edirik.

Stadiona gələn azarkeşlərə də təşəkkür etmək istəyirəm”.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”