“Neftçi“nin sabiq prezidentindən “Qarabağ”la bağlı MARAQLI ETİRAF

22 Mart 2023 17:00 Neftçi 1 290
“Neftçi“nin sabiq prezidentindən “Qarabağ”la bağlı MARAQLI ETİRAF

“Bunu demək çətindir“.

“Neftçi“nin sabiq prezidenti Sadıq Sadıqov Sportinfo.az-a açıqlamasında belə deyib.

2010-2015-ci illərdə paytaxt klubunun rəhbəri olmuş müsahib əməkdaşımızın “o dövrün “Neftçi”si indiki “Qarabağ”a əzələ göstərə bilərdimi“ sualını bu cür cavablandırıb:

“Futbol günbəgün dəyişir, müasirləşir, tələblər artır. Baxırsan, ortaya hər il yeni nələrsə çıxır.

Öz aramızdır, kimin ağlına gələrdi ki, nə vaxtsa VAR sistemi tətbiq olunacaq və hakimin yanlış qərarı ləğv olunacaq.

İndiki sürətlə 5-10 il əvvəlki sürət və intensivlik də eyni deyil.

Futbolçu seçimi son dərəcədə diqqətlə aparılmalıdır.Hər bir rəhbər işə başlayanda imkanlarına və qarşısında duran hədəfə baxır və ona uyğun addım atır.

Təbii, “Qarabağ”ın demək olar bütün imkanları əvvəlki illərə nisbətən yaxşıya doğru dəyişib. Bilmirəm, indiki “Qarabağ”ı çempionluq yolundan kənarlaşdırmaq olardı, ya yox.

Onu deyə bilərəm ki, iddamız əsas rəqibimizi məğlub etmək olardı. Və bunun üçün gecə-gündüz çalışardıq.

Çünki “Neftçi” uğurlu nəticələr, çempionluqlar üçün yaranıb və azarkeşlər komandadan hər mövsümdə uğur gözləyir“.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi