"Neftçi"nin idman direktoru baş məşqçi postuna öz namizədinin adını çəkdi

22 Mart 2023 14:40 Neftçi 4 602
"Neftçi"nin idman direktoru baş məşqçi postuna öz namizədinin adını çəkdi

«Qəbələ» rəhbərliyi dörd ildən artıqdır komandanın sükanı arxasında dayanan Elmar Baxşıyevə yeni müqavilə təklif etməyib.

Lakin ötən mövsümlərdən fərqli olaraq. Hazırkı vəziyyət baş məşqçini o qədər də narahat etmir.

Çünki «Neftçi»də onun yolunu gözləyən var. 2021-ci ilin dekabrında «Qəbələ»nin baş meneceri postunu «ağ-qaralar»ın idman direktoru vəzifəsinə dəyişən Zaur Əzizov Elmar Baxşıyevi burada görmək niyyətindədir.

Əzizov SOCAR-ın təmsilçiləri ilə söhbətində gənc mütəxəssisin adını çəkib, Lorentsiu Regekamfp gedərsə, ən layiqli namizəd olaraq Baxşıyevi göstərib.

İdman direktoru iddia edib ki, o, futbolçularla dil tapmağı və kollektiv formalaşdırmağı əla bacarır, qalmaqaldan uzaqdır.

Rumıniyalının «Neftçi»dəki aqibəti ölkə kubokundan asılıdır. Ötən ilin iyununda Samir Abasovu əvəzləyən Rege Premyer Liqada qarşısına qoyulan məqsəddən çox uzaq düşüb.

«Ağ-qaralar» çempionluq yarışmasında «Qarabağ» və «Sabah»ın gerisində qalıb, kubokda isə şanslar yenə öz əllərindədir.

Yarımfinalda «Turan Tovuz»la üz-üzə gələcək paytaxt təmsilçisi finala qalarsa, burada «Qəbələ» - «Səbail» cütünün qalibi ilə münasibətlərinə aydınlıq gətirəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"