
“Burada işim çox, həddən artıq çoxdur“.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi İdman Klubu”nun İdarə Aparatının sədri Sadıq Sadıqov deyib.
Onun bildirdiyinə görə, hazırda “Neftçi İdman Klubu”nda 26 idman növü üzrə 102 məşqçi-müəllim çalışır, xidməti müqavilə ilə 193, ümumilikdə 5 minə yaxın idmançı məşğul olur:
“Ştat cədvəlində 337 nəfər var. Yəni kifayət qədər ciddi rəqəmlərdir, böyük kollektivə sahibik.
Qarşıda bizi Paris Olimpiadası gözləyir, vaxtımız azdır.
Ulu öndər Heydər Əliyevin vaxtilə idmanla bağlı qurduğu siyasi xəttin davamı olaraq ölkə Prezidenti cənab İlham Əliyev idmana xüsusi diqqət ayırır, bizdən və idmançılardan gözləntisi böyükdür.
İdmançıların rahatlığı və uğur qazanması üçün lazım olan şəraitin yaradılmasına dair göstərişlər verir, hər ötən il yeni idman qurğuları inşa olunur, şəxsən yarışları izləyir, nəticələrlə maraqlanır, uğur qazanan idmançıları mükafatlarla stimullaşdırır.
Biz də gördüyümüz işlərlə, qazandığımız nəticələrlə canab Prezidentin etimadını doğrultmalı, bayrağımızı dünya arenalarında dalğalandırmalıyıq.
İdman cəmiyyəti olaraq olimpiadaya vəsiqə verən yarışlara qatılmalı, uğurlu nəticələr əldə etməliyik“.