"Onun "Neftçi"ni tərk etmək ehtimalı çox azdır"

21 Mart 2023 01:00 Neftçi 439
"Onun "Neftçi"ni tərk etmək ehtimalı çox azdır"

Mövsüm sona yaxınlaşdıqca ən çox müzakirə olunan futbolçulardan biri də Emin Mahmudovdur.

Onun "Neftçi" ilə müqaviləsi sona çatır. Klub rəsmiləri əminliklə müqavilənin yenilənməsində heç bir problemin olmayacağını desələr də, kapitan hələ ki gözləmə mövqeyi tutub.

Bu mövzuda Rusiyada çalışan futbol agenti İmran Rzayevin fikirlərini öyrəndik.

Sportinfo.az xəbər verir ki, sportal.az-a danışan menecer Emin Mahmudovun yenidən Rusiya Premyer Liqasına qayıtmaq variantını da dəyərləndirdi:

"Emin Mahmudov Azərbaycan Premyer Liqasının səviyyəsini aşmış futbolçulardandır. Cavan olsaydı, mütləq xarici çempionatların birində oynayardı.

Rusiyanın "Ximki" klubunda Ayaz Quliyev - Emin Mahmudov tandemini görmək maraqlı olardı.

Lakin onun "Neftçi"ni tərk etmək ehtimalı çox azdır. Klub Mahmudovu hər vəchlə saxlamağa çalışmalıdı".

Digər Xəbərlər
Xəbər Lenti