"Heç vaxt unutmaram, “Xəzər Lənkəran”la..." - “Neftçi“də ən çox sevilən prezidenti

20 Mart 2023 19:20 Neftçi 757
"Heç vaxt unutmaram, “Xəzər Lənkəran”la..." - “Neftçi“də ən çox sevilən prezidenti

“Hər keçən dəqiqə, ötən gün xatirədir, onu geri qaytarmaq mümkün deyil“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi“nin sabiq prezidenti Sadıq Sadıqov deyib.

2010-2015-ci illər aralığında paytaxt klubuna rəhbərlik edən, bu müddətdə “ağ-qaralar“a 3 dəfə ölkə çempionluğu qazandıran Sadıqov “futbollu günləriniz üçün darıxırsız“ sualını belə cavablandırıb:

“Əlbəttə, gözəl illər idi, yaddaqalan xatirələrimiz oldu. Məni ən çox sevindirən o hissləri azarkeşlərimizə yaşatmağımız idi.

İdman mütəxəssisi olaraq işimizi gördük, bizə göstərilən etimadı doğrultmağa çalışdıq. Elə bir vaxtda ayrıldıq ki, azarkeşlərimizin bizdən narazı qaldığına inanmıram.

5 illik fəaliyyət dövrümüzdə ölkə futbolu tarixində ilk dəfə “Neftçi” avrokubokların qrup mərhələsinə vəsiqə qazandı, ilk dəfə ardıcıl 3 il çempion olan klub kimi tarixə düşdü, 2 dəfə ölkə kubokuna yiyələndik.

“Qarabağ”, “Bakı”, “Xəzər Lənkəran”la oyunlarımızda inanılmaz ajiotaj olurdu. Prinsipial matçlardan öncə və sonra mətbuatda xeyli yazılar dərc olunurdu.

Heç vaxt unutmaram, “Xəzər Lənkəran”la Respublika stadionundakı final oyunumuza 20 mindən artıq azarkeş gəlmişdi“.

Digər Xəbərlər
Xəbər Lenti