“Neftçi“ni seçmiş hücumçu deyir ki... "Razı deyiləm"

20 Mart 2023 21:00 Neftçi 1 126
“Neftçi“ni seçmiş hücumçu deyir ki... "Razı deyiləm"

“Neftçi”nin hücumçusu “Kəpəz”lə oyun (2:2) haqda Sportinfo.az-ın suallarını cavablandırıb.

Bakılıların gürcüstanlı legioneri komandasının hazırkı və gələcək durumu ilə bağlı danışıb.

- “Neftçi”də sanki sabitlik çatmır. Bir ara qələbələri sıralayırdız, “Qarabağ”la heç-heçə oynamışdız. Son iki görüşdə oyun planında “axsama” müşahidə olunur.

- Bu fikirlə razı deyiləm. Sabitlik olmasaydı, son 8 oyunu məğlubiyyətsiz başa vurmazdıq. Bu matçda qədər son 7 qarşılaşmada qapımızda cəmi 1 top görmüşdük, o da “Qarabağ”dan. Bu cür göstəricilərə sahib komandanın qeyri-sabit çıxış etdiyini deyə bilmərəm. Razıyam, bəzən səfər görüşlərində çətinlik çəkirik. Ümid edirəm ki, “Zirə” ilə növbəti oyunda istədiyimiz nəticəni qazanacağıq.

- “Kəpəz”lə heç-heçədən sonra “Sabah”la xal fərqi 8-ə yüksəldi. Səncə, mövsümü ikinci pillədə başa vurmaq mümkün olacaq?

- Kifayət qədər mümkün görünür. Qış fasiləsindən sonra qazandığımız nəticələrlə qələbələri sıralamağı bacardığımızı göstərdik. “Sabah”ı da qarşıda bizim kimi çətin görüşlər gözləyir. Onların xal itirməsi, əvəzində bizim qalibiyyətlərə sevinməyimiz ikinci sıraya yüksəlməyimizlə nəticələnəcək.

- 6 aydan artıqdır “Neftçi”dəsən. Öz oyununu necə qiymətləndirirsən?

- Potensialıma bələdəm və daha artığını edə biləcəyimi düşünürəm. Bir müddət əvvəl zədə almağım planlarımı pozdu. İstər-istəməz vaxtımı aldı. Əsas odur, məşqçilər heyəti mənə inanır və şans verir. İnanıram ki, ən qısa vaxtda “Neftçi”yə tam gücümlə kömək edəcəm.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı