Rusiyanın məşhur klubu "Neftçi"nin kapitanı ilə MARAQLANIR

20 Mart 2023 15:00 Neftçi 5 587
Rusiyanın məşhur klubu "Neftçi"nin kapitanı ilə MARAQLANIR

«Neftçi»nin kapitanı Emin Mahmudovu Rusiyaya çəkən daha bir qüvvə məlum olub.

«Lokomotiv» 2017-ci ildən «ağ-qaralar»ın formasını geyinən yarımmüdafiəçinin xidmətinə ehtiyac duyur.

Moskva klubunun rəsmiləri yığmamızın da lideri olan orta sahə oyunçusuya yaxın menecerlərlə əlaqə saxlayıb, şərtlərlə maraqlanıb.

Eminin «Neftçi» ilə sözləşməsi iyunadək qüvvədədir. Paytaxt təmsilçisi onun qalmasına tərəfdardır.

Kapitana 3 illik müqavilə və əvvəlki mövsümlərdə əldə eidiyindən daha yüksək qazanc vəd olunub. Premyer Liqanın cari mövsümündə 14 qol vuran Mahmudov hələlik seçim etməyib.

O da məlumdur ki, ailəsi yenidən Moskvaya köçmək istəyir. Axı yarımmüdafiəçinin valideynləri və digər yaxınları da bu ölkənin paytaxtında yaşayır.

«Lokomotiv» hazırda qeyri-sabit sezon keçirir. Rusiya Dəmir Yolları ASC himayəsində olan kluba ayrıdğı büdcəni xeyli aşağı salıb.

Və bu, komandanın zəifləməsinə, nəticələrin pisləşməsinə səbəb olub.

Premyer Liqada 20 tura 22 xal toplayan «dəmiryolçular» turnir cədvəlinin 11-ci pilləsində yer alıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti