“Neftçi”dən “oğurluq“ etdilər: VAR ofsayd xəttini əyri göstərib - FOTO

20 Mart 2023 00:40 Neftçi 2 050
“Neftçi”dən “oğurluq“ etdilər: VAR ofsayd xəttini əyri göstərib - FOTO

Azərbaycan Premyer Liqasının XXVII turunda keçirilən “Neftçi” - “Kəpəz” matçının sonunda mübahisəli hal qeydə alınıb.

Son dəqiqələrdə “Neftçi” Yeqor Boqomolski ilə hesabda önə keçsə də, qol oyundankənar vəziyyət səbəbindən qeydə alınmayıb.

Ofsaydla bağlı VAR sistemindən təqdim olunan xəttin əyri olması ilə bağlı isə sosial şəbəkələrdə iddialar irəli sürülüb.

Məsələ ilə bağlı apardığımız araşdırmalar təqdim edilən xəttin həqiqətən əyri olduğunu üzə çıxarıb. Kompüter qrafikası ilə xətlər yenidən çəkilib və süni intellektin təqdim etdiyi xətt əvvəlkilərdən fərqli olub.

Düzdür, bu, yenə də Boqomolskinin ofsaydda olmadığı anlamına gəlmir. Belaruslu futbolçu həqiqətən oyundankənar vəziyyətdədir.

Ancaq bu heç də VAR otağından düzgün olmayan qrafik təsvirin təqdim olunmasını kompensasiya etmək üçün kifayət deyil.

Bu dəfə texniki səhv qərar yanlışlığına səbəb olmayıbsa, o demək deyil ki, növbəti dəfələrdə də belə olacaq. Hakimlər bu məsələlərdə daha həssas davranmalıdırlar.

Qeyd: Birinci fotoda epizodun yaşandığı bölgə üzrə ümumi qrafik təsvir yer alıb. İkinci fotoda isə doğru alternativ xətt qeyd olunub.

Faiq Tahirov

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"