“Neftçi“nin keçmiş prezidenti: “Müvəqqəti çətinlikdir, bu gün alınmırsa, sabah alınacaq“

19 Mart 2023 23:40 Neftçi 501
“Neftçi“nin keçmiş prezidenti: “Müvəqqəti çətinlikdir, bu gün alınmırsa, sabah alınacaq“

“Nə etmişiksə, azarkeşlərimiz üçün etmişik“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi“nin keçmiş prezidenti Sadıq Sadıqov deyib.

Onun Bakı klubundan ayrılmasının üstündən 8 il keçir. Amma azarkeşlər hələ də Sadıqovu xatırlayır, sosial şəbəkələrdə haqqında xoş sözlər yazırlar. Sabiq rəhbəri yenidən burada görmək istəyənlər çoxdur.

Sadıqov bu barədə nə düşünür? Cavabı dinləyək:

“Onların hər birinə dərin təşəkkürümü bildirirəm.. Ola bilsin, “Neftçi” bu gün çempionluqdan bir qədər uzaq düşüb, ola bilsin, avrokuboklardakı nəticələr tam ürəkləri istəyən kimi deyil.

Amma üzülməsinlər, yenə sevimli komandalarının yanında olsunlar. Mütləq ki, hər qaranlıq gecənin bir işıqlı sabahı var.

Müvəqqəti çətinlikdir, bu gün alınmırsa, sabah alınacaq. Bunun üçünsə azarkeşlər sevimli komandalarına dəstək verməlidir.

“Neftçi” mənim üçün dəyişməz addır. Fürsətdən istifadə edib, komandaya çempionatda və ölkə kubokunda, ardınca da avrokuboklarda uğurlar arzulayıram.

İnşallah, bu mövsümü titulla başa vurub azarkeşləri sevindirərlər“.

Digər Xəbərlər
Xəbər Lenti