“Regekampf komandada kimlərin qalmasını istəyirsə, adlarını idman direktoruna deyib”

18 Mart 2023 17:40 Neftçi 1 155
“Regekampf komandada kimlərin qalmasını istəyirsə, adlarını idman direktoruna deyib”

“Neftçi” İvan Brkiçə yeni müqavilə təklif edib.

Bu barədə Xorvatiyanın “vecernji.hr” saytı məlumat yayıb.

Bildirilib ki, bu mövsüm 11 oyunda qapısının toxunulmazlığını qorumağı bacaran xorvatiyalı qapıçının çıxışı klub rəhbərliyini qane edir. Bu üzdən 28 yaşlı qolkiperə yeni sözləşmə təklif olunub.

Ancaq Brkiç qərar verməyə tələsmir. Çünki həm başqa təklifləri var, həm də Xorvatiya yığmasına düşmək ümidini davam etdirir. Qapıçı yeni klub seçimini də məhz milli amilinə görə edəcək.

Brkiçin “ağ-qaralar”la müqavilə müddəti mövsümün sonuna qədərdir.

“Neftçi”nin Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyev bu haqda Sportinfo.az-a deyib:

“Hazırda hansı futbolçularla danışıqların aparılmasından xəbərsizəm. Güman ki, söhbətlər hələlil şifahi şəkildə aparılır.

Baş məşqçi Lorentsiu Regekampf komandada kimlərin qalmasını istəyirsə, yəqin ki, onların adlarını idman direktoru Zaur Əzizova deyib.

Futbolçularla danışıqları da o aparır. Bu barədə hələlik bizə rəsmi olaraq heç nə deyilməyib.

Yalnız Emin Mahmudov haqda ictimaiyyətə açıqlama vermişik. Ona öz şərtlərimizi demişik və yeni müqavilə təklif etmişik.

Ivan Brkiç də müqaviləsi qurtarmaq üzrə olan futbolçulardandır. Yəqin onunla şifahi danışıqlar başlayıb ki, Xorvatiya mətbuatına belə bir açıqlama verilib”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!