Emin Mahmudov da çıxıb getsə… "Neftçi"nin pulu yoxdur?

18 Mart 2023 14:40 Neftçi 3 318
Emin Mahmudov da çıxıb getsə… "Neftçi"nin pulu yoxdur?

Klub rəhbərliyi Emin Mahmudovu «Neftçi»də saxlaya bilsə...

Bu, onların yeni mövsüm edəcəyi ən böyük transfer olacaq.

Kapitandır ey! Nə qədər pul istəyir, tapıb versinlər.

Tapmaq niyə, bəyəm «Neftçi»nin ehtiyatında pul yoxdur? Son illərdə o qədər zırrama legionerin yolunda pulları səpələyiblər ki…

Emin illik 300 min dollar istəyir, vermək olar. 350 min istəyir, yenə vermək olar. 400 min istəyir, «uf» demədən vermək olar.

O, «Neftçi»nin ən dəyərli futbolçusudur. Nə Kenni Sayef, nə Mateus Saldanya, nə o birisi, nə bu birisi… Emin Emindir, komandanın lideri, düşünən beyini, «vuran ayağ»ıdır.

Bilirik ki, ona Rusiyadan yeni təkliflər gəlib. Ailəsi də Moskvaya köçməyə tərəfdardır. Olsun, indi belə söz-söhbətlərin çıxması normaldır.

Hər halda müqaviləsinin bitməsinə sayılı aylar qalıb və Mahmudovun ailəsinin istəkləri barədə klub funksionerlərini bu cür məlumatlandırması anlaşınlandır.

Emin getsə, «Neftçi» Aşqabad batan kimi bitəcək. Niyə etiraf etmirlər, bu komanda bir nəfərdən - ondan asılıdır. «Kəpəz»lə 2:2 bitən qarşılaşmanı kapitan qurtardı.

Yoxsa Lorentsiu Regekampfın oynatdığı futbol futboldur ki?!

Adamın əti tökülür rumının «iş»ini görəndə. Emin ədviyyatdır - duzdur, nanədir, yağdır bu komanda üçün.

O da çıxıb gedəndən sonra kimdir «Neftçi»ni dartıb göldən, bataqlıqdan çıxaran? Hazır var da, dilə tutun, pulunu artırın, qalsın.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti