"Neftçi"nin "şinel"indən çıxdı, "100"ü haqladı

18 Mart 2023 13:20 Neftçi 345
"Neftçi"nin "şinel"indən çıxdı, "100"ü haqladı

“Neftçi”nin futbolçusu Ömər Buludov Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçinin yubileyi Premyer Liqanın XXVII turuna təsadüf edib.

O, “Kəpəz”lə ev matçında (2:2) sonradan meydana çıxıb.

Oyunçu yalnız “Neftçi”nin formasını geyindiyi üçün 100 görüşü də bu komandada keçirib. Onun aktivində 4 qol var.

Buludovun çempionatda debütü 2017/2018 mövsümündə gerçəkləşib. O, 2017-ci il noyabrın 25-də “Keşlə” (indiki “Şamaxı”) ilə ev matçında (3:1) şans qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!