"Neftçi"də Emin Mahmudovdan başqa oyunçu var?" - YENİ QALMAQAL

19 Mart 2023 19:00 Neftçi 1 613
"Neftçi"də Emin Mahmudovdan başqa oyunçu var?" - YENİ QALMAQAL

"Qarabağ"ın "Qalatasaray"la yoldaşlı görüşü milli komandaların oyunları ərəfəsində baş tutacağından təmsilçimiz ciddi oyunçu sıxıntısı yaşayacaq.

Nəzərə alaq ki, komanda üzvlərinin bir neçəsi həm də zədəlidir.

Belə də çarəsiz qalan baş məşqçi Qurban Qurbanov mətbuata açıqlamasında digər klublardan oyunçu götürə biləcəklərini ehtimal kimi səsləndirmişdi.

Amma onun bu təklifi "Neftçi"dəki həmkarı tərəfdən xoş qarşılanmadıq. Məsələn, "Sabah"ın əcnəbi çalışdırıcısı Murad Musayev bütün çətinliklərə rəğmən ağdamlılara belə məqamda kömək etməyi vacib saydığını dilə gətirdiyi halda, rumıniyalı tam tərs mövqe nümayiş etdirdi.

Sitat: "Bizim özümüzün də yoldaşlıq oyunumuz var. Əsas heyətdən 6-7 futbolçu millilərdə olacaq. İstədiyimiz proqramla davam etmək üçün U-19-dan oyunçular cəlb etdik. Hər komandanın öz proqramı var. Bu cür addım atmaq çətin olar. Təsəvvür edin ki, oyunçularımız başqa komandalar üçün oynayacaq və zədə alacaq. Ödənişləri kim edəcək? Düşünürəm ki, bu, mümkün deyil".

Qarşılaşmadan əldə olunan bütün gəlirlər Türkiyədə zəlzələdən əziyyət çəkən insanlara yardəm üçün ayrılacaq.

Əslində ehtimal etmək olardı ki, ən azından bu məqama görə "Neftçi"nin çalışdırıcısı fərqli mövqe göstərmiş olar.

Görünür, mənəvi məsəllər onun üçün heç də maraqlı deyil. Hələ heç bilinmir ki, Qurbanov "ağ qaralar"dan kimisə komandasına layiq biləcək, yoxsa yox.

Regekampfın gözlənilməz açıqlaması isə artıq indidən fanatlar tərəfdən narazılıqla qarşılanıb. Bunu sosial şəbəkələrdə yazılan şərhlərdən aydın görmək olar:

"Emindən başqa "Neftçi"də futbolçu var?".

"Orda oyunçu var ki, hələ versin də".

"Emindən başqa səndə oyunçu var ki? Olsaydı "Kəpəz" bu günə qoymazdı".

"Səviyyə lazımdır. Ən azından Murad Musayevə bax, ibrət götür".

"Hələ utanmadan yekə-yekə danışır".

"Ay yazıq, özünə oyunçu tap, qalsın "Qarabağ".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!