"Neftçi"yə 3-cü yer mesajı var

17 Mart 2023 14:00 Neftçi 1 060
"Neftçi"yə 3-cü yer mesajı var

Premyer Liqanın 27-ci turunda "Neftçi" "Kəpəz"i qəbul edib- 2:2.

Saat 19:00-da başlayan oyuna azarkeş marağı elə də böyük olmayıb.

Qarşılaşmanı təxminən 300 nəfər stadionda izləyir. Meydan sahiblərini dəstəkləmək üçün "Forza Neftçi" ilə "Neftçimaniya"nın üzvləri tribunadakı yerini tutub.

Oyunun 35-ci dəqiqəsində "Neftçimaniya"lılar "ağ-qaralar"a atmaca atıb.

Onlar bir ağızdan "3-cü yer bizimdir, bizim olacaq" şüarını səsləndirməklə komandanın turnir cədvəlindəki hazırkı mövqeyinə eyham vurub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti