
Azərbaycan Premyer Liqasının XXIV turunda "Qarabağ"la oyunda zədələnən "Neftçi"nin futbolçusu Ataa Caber məşqlərə başlayıb.
Sportinfo.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın baş həkimi Şaiq Zöhrablı klubun televiziyasına açıqlama verib.
O, İsraildən olan 29 yaşlı yarımmüdafiəçinin fiziki hazırlıq üzrə mütəxəssislə məşq etdiyini bildirib:
"Onun növbəti həftə komandaya qoşulacağını düşünürəm".