"Neftçi"dən bu etirafı da eşitdik: “Şansımız yoxdur"

16 Mart 2023 08:30 Neftçi 601
"Neftçi"dən bu etirafı da eşitdik: “Şansımız yoxdur"

Sportinfo.az xəbər verir ki, "Neftçi"nin qapıçısı İvan Brkiç mövsümün qalan hissəsində komandanın qarşısına qoyulan vəzifələrdən danışıb.

"Večernji list"ə açıqlama verən xorvatiylı qapıçı "Neftçi"nin məqsədlərindən söz açıb:

"Gizlətməyəcəyəm, bizim artıq çempionluq şansımız yoxdur. Amma "Sabah"la Premyer Liqada ikinci yer uğrunda mübarizə aparacağıq. İndi əsas məqsədimiz Azərbaycan kubokunu qazanmaqdır.

Artıq yarımfinaldayıq. Turnirin əsas favoritləri - "Qarabağ" və "Sabah" mübarizədən kənarlaşıb. Bu turnirdə böyük ambisiyalarımız var".

Digər Xəbərlər
Xəbər Lenti