AFFA-dan "Neftçi"yə doğmalaşan məkanla bağlı YENİ AÇIQLAMA

15 Mart 2023 23:40 Neftçi 981
AFFA-dan "Neftçi"yə doğmalaşan məkanla bağlı YENİ AÇIQLAMA

Bildiyimiz kimi, "Neftçi"nin ev oyunlarını keçirdiyi 8-ci km stadionu uzun müddət idi "Baksel arena" olaraq adlandırılırdı.

Arena AFFA-nın balansındadır. Və federasiya ilə Bakcell şirkəti arasında bağlanmış müqaviləyə əsasən "Baksel Arena" adlanırdı.
Artıq neçə müddətdir Bakcellə əməkdaşlıq müqaviləsi başa çatıb.

Amma adıçəkilən arenanın yeni tərəfdaşı hələ də məlum deyil.

Maraqlıdır, yeni əməkdaşlıq müqaviləsi niyə uzanır?

Məsələ ilə bağlı sorğumuza cavab olaraq AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla saytımıza açıqlamasında bunları deyib:

"Bir neçə sponsorla danışıqlar davam edir. Qarşı tərəfində müəyyən fikirləri var.

Amma yekun müqavilə ilə bağlı razılıq hələ əldə olunmayıb. Yeni sponsorla anlaşma əldə olunduğu halda ictimaiyyətə məlumat veriləcək".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!