
“Müşahidə Şurasının ikinci yığıncağının nə vaxt keçiriləcəyi hələ dəqiqləşməyib, biz də gözləyirik”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyev deyib.
Onun bildirdiyinə görə, gündəlikdə bir çox məsələlər var:
“Hələ ilk iclas olan vaxt açıqlama veriləndə, bildirilmişdi ki, bu, tanışlıq xarakteri daşıyır və tezliklə növbəti yığncaq keçiriləcək.
Şuranın budəfəki toplantısının tarixi barədə bizə məlumat verəcəklər.
Bəli, müzakirəyə çıxarılması gözlənilən məsələlər çoxdur. Hazırda hələ heç nə məlum deyil”.