"Qarabağ" üçün "Cim-bom", "Sabah" üçün "Qartallar", bəs "Neftçi"?

15 Mart 2023 23:20 Neftçi 1 026
"Qarabağ" üçün "Cim-bom", "Sabah" üçün "Qartallar", bəs "Neftçi"?

Qarşıdakı həftələr Azərbaycan futbol ictimaiyyəti üçün çox coşğulu keçəcəyini indidən demək olar.

Belə ki, martın 26-sı Türkiyə nəhəngi "Qalatasaray" Bakıya gələcək.

Məqsəd "Qarabağ"la yoxlama görüşü oynamaqdır.

İki qardaş ölkə təmsilçiləri arasındakı dostluq matçı bununla da bitmir.

Növbəti ay bizlər daha bir Türkiyə nəhəngini Bakıda görə biləcəyik.

Bu dəfə İstanbulun digər təmsilçisi "Beşiktaş" ölkəmizdə qonaq olacaq.

"Qartallar" "Sabah" komandası ilə yoxlama oyunu keçirəcək.

"Qarabağ" və "Sabah"ın belə qarşılaşmalar keçirməsi dəqiqləşəndən sonra sosial şəbəkələrdə ən çox müzakirə olunan məsəllərdən biri də "Neftçi"nin də belə oyun keçirməsidir.

İzləyicilər tarixi klubumuzun Türkiyə nəhəngi ilə oynamasının daha böyük maraq kəsb edə biləcəyini iddia edirlər.

Maraqlıdır, arzuolunan həmin oyunun baş tutmaq ehtimalı varmı? Ümumiyyətlə, "Qarabağ" və "Sabah"ın ardınca "Neftçi" də bu tip yoxlama görüşü keçirməyi planlaşdırırmı?

Sorğumuza cavab olaraq klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev bunları dedi:

"Bizim hal-hazırda planlarımıza belə bir şey daxil deyil. Bu günə kimi hər hansı Türkiyə klubu ilə də bu yöndə danışığımız olmayıb".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti