
Premyer Liqanın 27-ci turu bir neçə futbolçu üçün tamaşa meydanı olacaq.
15-17 mart aralığında keçiriləcək oyunları 5 futbolçu kənardan izləmək məcburiyyətindədir.
Cəzalılar “Qəbələ”də İlkin Qırtımovla Emil Səfərov , “Kəpəz”də Abdullahi Şuaybu ilə Georgi Kantariya, “Sumqayıt”da Todor Todoroskidir.
Sarı vərəqə limitini dolduran və öncəki turlarda qırmızı vərəqə alan sözügedən futbolçular 27-ci turda iştirak edə bilməyəcək.
“Şamaxı” ilə dueldə Qırtımovun qəbələlilər, “Neftçi” ilə oyunda Abdullah Şuaybu ilə Georgi Kantariyanın gəncəlilər üçün nə dərəcədə ciddi itki olduğunu xüsusi qeyd etmək mütləqdir.
Martın 15-də “Sumqayıt” – “Qarabağ”, “Zirə” - “Sabah”, ertəsi “Neftçi” – “Kəpəz”, “Səbail” – “Turan Tovuz”, martın 17-də “Qəbələ” – “Şamaxı” görüşlərinə şahidlik edəcəyik.
HƏBİB / SPORTİNFO.AZ